AZ

Trampdan sərt mesaj:  ABŞ qüvvələri  İran sərhədlərində qalacaq 

Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri və texnikası razılaşmanın bütün şərtləri tam yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq.

Vətəninfo.az xəbər verir ki, Tramp bununla bağlı, “Truth Social” platformasında paylaşım edib. O, qeyd edib ki, ABŞ-nin gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə bölgədə mövqelərini qoruyacaq.

ABŞ prezidenti əlavə olaraq, Vaşinqton və Tehranın İranın nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması ilə bağlı razılığa gəldiyini də açıqlayıb.

Tramp, habelə, xəbərdarlıq edib ki, atəşkəs razılaşması yerinə yetirilməzsə, ABŞ qüvvələri İrana yenidən hava zərbələri endirəcək.

Seçilən
46
1
veteninfo.az

2Mənbələr