AZ

"İnsanlar Yamal, Vinisius və Pedri üçün stadiona gəlirlər" - "Barselona"Nın baş məşqçisi

Çempionlar Liqasının 1/4 finalında "Barselona" evdə "Atletiko Madrid"ə 0:2 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, görüşdən sonra Kataloniya nəhənginin baş məşqçisi Hans-Diter Flik Lamin Yamalla bağlı ayrıca danışıb.

O, 18 yaşlı vingerin komanda üçün dəyərini qabardıb. "Marca" alman mütəxəssisin dediklərini belə təqdim edib: 

"Lamin cəmi 18 yaşındadır. Buna görə də onu lazımsız ajiotajdan qorumalıyıq. O, futbol dünyasının ən yaxşılarından biri kimi tarixə düşəcək, amma hazırda ən vacib şey onu dəstəkləməkdir. Azarkeşlər stadiona Yamal, Vinisius və Pedri kimi oyunçular üçün gəlirlər. Mən bunu belə görürəm". 

Tərəflər arasında cavab oyunu aprelin 14-də oynanılacaq.
 

Seçilən
0
1
fanat.az

2Mənbələr