AZ

"Sözünü demiş müğənniyəm, efirə gedəndə qonaqları özüm SEÇİRƏM"

Müğənni Ayan Babakişiyeva açıqlamaları ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub. O bildirib ki, sənətdə öz sözünü demiş ifaçıdır və bu səbəbdən seçimlərində sərbəstdir:

"Sözünü demiş müğənniyəm, sənətdə öz yerim var. Ona görə də qatıldığım qonaqlıqları və çıxacağım efirləri özüm seçirəm. Niyə də belə etməyim?".

Babakişiyeva əlavə edib ki, illərlə sənəti üçün zəhmət çəkib və bu gün qazandığı mövqeyi təsadüfi deyil: "Sənətim üçün çox əziyyət çəkmişəm. Media üçün hər zaman maraqlı sima olmuşam. Dediklərim manşetə çevrilir".

İfaçı həmçinin qeyd edib ki, televiziya proqramlarına tez-tez qatılmır: "İldə cəmi 3-4 efirə çıxıram, bu məsələdə seçiciyəm".

Sosial şəbəkələrdə yayılan bu açıqlamalar birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər sənətçinin özünə inamını dəstəkləsə də, digərləri onun fikirlərini müzakirə mövzusuna çeviriblər.

Musa
Milli.Az

Seçilən
24
1
milli.az

2Mənbələr