AZ

ABŞ-İran anlaşmasının pozulma ehtimalı yüksəkdir



"Pakistanın vasitəçiliyi ilə Amerika və İran arasında əldə edilən razılaşmanın pozulması ehtimalı yüksəkdir. Bunu şərtləndirən bir neçə amil mövcuddur. İlk növbədə İsrail belə bir razılaşmanın əldə olunmasından məmnun deyil. Bu səbəbdən İrana bağlı olan Hizbullaha qarşı Livanda İsrailin hərbi əməliyyatları hələ də davam edir. İran da öz növbəsində bunu əlində bəhanə edərək atəşkəs razılaşmasının pozulacağını istisna etmir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, eyni zamanda İranın Hörmüz boğazı ilə bağlı hələ də nümayiş etdirdiyi mövqe də atəşkəs razılaşmasının pozulması ehtimalını artırır:

"Təsadüfi deyil ki, Macarıstanda səfərdə olan Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens də bildirib ki, İran Hörmüz boğazında maneəsiz hərəkəti təmin etməsə atəşkəs razılaşması pozulacaq. Bu arada İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibafın ABŞ-la atəşkəs razılaşmasının 3 bəndinin pozulduğu barədə açıqlaması da, tərəflər arasında əldə edilən razılaşmanın kövrək olduğu və davamlı xarakter almayacağını deməyə əsas verir".

Arzuman Muradlı onu da deyib ki, əldə edilən kövrək atəşkəsin pozulması və hərbi eskalasiyanın yenidən başlaması isə hər iki tərəf üçün böyük itkilər və dağıntılara səbəb ola bilər.

Süleyman
Seçilən
30
1
newscenter.az

2Mənbələr