Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda yol hərəkəti qaydalarına əməl etməyən sürücü digər sürücünün narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 8-də paytaxtın Bülbül prospektində qeydə alınıb.
Belə ki, sağa — Füzuli küçəsinə dönmək istəyən 99-RS-441 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sürücüsü, hərəkət etdiyi zolaqdan sağa dönməyin mümkün olmasına baxmayaraq, sürətini azaldaraq sağ zolağa keçməyə cəhd edib. Bu isə arxadan gələn sürücünün əsəbiləşməsinə səbəb olub və o, həmin avtomobili ötərək irəliləyib.
Qeyd edək ki, sözügedən kəsişmədə sağ zolaqdan yalnız sağa dönməyə icazə verilir, digər zolaqdan isə həm düz, həm də sağa hərəkət etmək mümkündür.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.