AZ

Manuel Noyer yeni müqavilə barədə nə düşünür?

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Bavariya"nın 40 yaşlı qapıçısı Manuel Noyer Münhen klubu ilə mümkün müqavilənin uzadılması ilə bağlı suala cavab verib. Sport24.az xəbər verir ki, o, bu barədə "Bild"ə danışıb:

"Mən bu klubda oynamaqdan və bu məşqçilər heyəti ilə işləməkdən zövq alıram. Komandanın çıxışı mənim üçün çox vacibdir. Hər şey mümkündür".

Noyerin hazırkı müqaviləsi bu ilin yayında başa çatır.

Qeyd edək ki, qapıçı "Bavariya"nın heyətində 12 Almaniya çempionluğu, 5 Almaniya Kuboku və 7 Almaniya Super Kubokunu qazanıb. Noyer həmçinin iki dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və iki FIFA Klublararası Dünya Kuboku kubokunun qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
sport24.az

1Mənbələr