AZ

“Barselona”nın müdafiəçisi qırmızı vərəqələrin sayına görə Pepeyə çatıb

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Barselona”nın müdafiəçisi Pau Kubarsi Çempionlar Liqasının dörddəbir finalının “Atletiko Madrid”ə qarşı ilk oyununda birbaşa qırmızı vərəqə alıb.

19 yaşlı futbolçu 44-cü dəqiqədə meydandan qovulub və komandasını 10 nəfərlə tərk edib.

İdman.Biz-in “The Touchline”a istinadən verdiyi məlumata görə, bu, ispaniyalı futbolçunun Çempionlar Liqasında sonuncu dəfə meydandan qovulması olub və o, bu göstəriciyə görə kobud oyun tərzi ilə tanınan portuqaliyalı müdafiəçisi Pepeyə çatıb.

“Barselona” Kubarsi meydandan qovulduqdan dərhal sonra qol buraxıb. Xulian Alvares hesabı açıb. Madrid klubu ikinci hissədə Aleksandr Sörlotun qolu ilə üstünlüyünü möhkəmləndirib - 2:0.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
icma.az

1Mənbələr