AZ

Almaniyada Hörmüz boğazında hərbi missiyada iştirak müzakirə olunur

BAKI, 9 aprel. TELEQRAF

Almaniya hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məqsədilə hərbi missiyada Bundesverin mümkün iştirakını qapalı formatda müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə “Şpiqel” jurnalı hərbi dairələrdəki mənbələrə əsaslanaraq məlumat yayıb.

Məlumata görə, pərdəarxası müzakirələrdə Almaniya ordusunun sözügedən regionda keçirilə biləcək hərbi missiyaya qoşulması variantları nəzərdən keçirilir.

Qeyd edək ki, daha əvvəl İranın “Fars” agentliyi İsrail ordusunun Livana endirdiyi zərbələrdən sonra Hörmüz boğazından gəmilərin keçidinin dayandırıldığını yazmışdı.

Seçilən
35
teleqraf.com

1Mənbələr