Almaniya Hörmüz boğazında təhlükəsizliyin təmin olunması missiyasında iştirak imkanlarını gizli şəkildə nəzərdən keçirir.
Bu barədə "Der Spiegel" məlumat yayıb.
Məlumata görə, Bundesverin, xüsusilə hərbi-dəniz qüvvələrinin mümkün yerləşdirilməsi üzrə planlar hazırlanır.
Rəsmi Berlin açıq şəkildə ehtiyatlı mövqe nümayiş etdirsə də, arxa planda müxtəlif ssenarilər üzərində iş aparılır.