AZ

"Fənərbağça"nın futbolçusu 3 həftə komandasına kömək edə bilməyəcək

Bakı. Trend:

Daha öncə qeyd etdiyimiz kimi, "Fənərbağça" klubunun heyətindəciddi itki baş verib. Belə ki, İstanbul nəhənginin aparıcıoyunçularından olan Marko Asensio Türkiyə çempionatının 28-citurunun "Beşiktaş"la matçının 24-cü dəqiqəsindən dizindənzədələnərək meydanı tərk edib.

Trend xəbər verir ki,ispaniyalı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağıgözlənilir.

Qeyd edək ki, "Fənərbağça" Marko Asensionu mövsümün əvvəlindəPSJ-dən transfer edib. İspaniya millisinin üzvü Super Liqatəmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 13 qol və14 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
41
1
az.trend.az

2Mənbələr