AZ

Levitt: Trampın İrana hədəsi blef deyildi

BAKI, 9 aprel. TELEQRAF

Ağ ev ABŞ prezidenti Donald Trampın İrana yönəlmiş hədələrinin blef olmadığını bildirib.

Teleqraf xəbər verir ki, barədə Ağ evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Trampın sərt bəyanatları İranı geri çəkilməyə və iki həftəlik atəşkəs razılaşmasına razılaşmağa məcbur edib. Levitt bildirib ki, bu hədələr nəticəsində Tehran Hörmüz boğazının açılmasına da razılıq verib.

Ağ ev rəsmisi vurğulayıb ki, ABŞ rəhbərliyinin bu addımı konkret nəticələr verib və bu, boş hədə olmayıb.

Levitt həmçinin qeyd edib ki, İran ABŞ-yə qarşı son onilliklərdə törətdiyi hərəkətlər fonunda Vaşinqtonun “mənəvi üstünlüyünü” şübhə altına almaq düzgün deyil.

Məlumata görə, Tramp daha əvvəl İranın Hörmüz boğazını açmaması halında ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib və hətta ölkənin “sivilizasiya kimi məhv edilə biləcəyini” bildirib.

Qeyd edək ki, sonradan ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub.

Seçilən
72
teleqraf.com

1Mənbələr