AZ

İsrailin Livana zərbələri nəticəsində bir gündə 254 nəfər öldü: Matəm elan edildi

BAKI, 9 aprel. TELEQRAF

Livan hökuməti İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində 254 nəfərin həyatını itirməsindən sonra ölkədə bir günlük milli matəm elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Livan Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, Baş nazir Nəvvaf Səlam 2026-cı il aprelin 9-u tarixini hücumlar nəticəsində həlak olan, yaralanan mülki şəxslərin xatirəsinə milli matəm günü elan edib.

Açıqlamada qeyd olunur ki, həmin gün dövlət qurumları, rəsmi idarələr və bələdiyyələr fəaliyyət göstərməyəcək, ölkə üzrə bayraqlar yarıyadək endiriləcək, televiziya yayımları isə matəm rejiminə uyğunlaşdırılacaq.

Bildirilib ki, Baş nazir həlak olanların ailələrinə və Livan xalqına başsağlığı verib, yaralananlara isə tezliklə sağalma arzulayıb.

Qeyd olunub ki, Livan tərəfi İsrail hücumlarının dayandırılması üçün bütün siyasi və diplomatik imkanlarını səfərbər edərək ərəb ölkələri və beynəlxalq tərəfdaşlarla əlaqələri davam etdirir.

Məlumata görə, İsrail ordusu aprelin 8-də Beyrut, eləcə də ölkənin şərq və cənub bölgələrinə əvvəlcədən xəbərdarlıq etmədən eyni vaxtda təxminən 100 hava zərbəsi endirib. Axşam saatlarında isə paytaxtın Tel Həyat bölgəsində bir bina bombalanıb.

Bildirilir ki, bu hücumlar İsrailin martın 2-dən etibarən Livana həyata keçirdiyi ən genişmiqyaslı əməliyyatlardan biri olub.

Seçilən
64
teleqraf.com

1Mənbələr