AZ

Qəribə CİNAYƏT: Qadın ərini çox gülümsədiyi üçün ÖLDÜRDÜ – FOTO

Peterburqda qadın həyat yoldaşını “çox gülümsədiyi və özü üçün yaşadığı” üçün bıçaqlayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburqda dəhşətli ailə cinayəti baş verib. 38 yaşlı Qalina 54 yaşlı həyat yoldaşı Antonu həddindən artıq pozitiv və qayğısız olduğuna görə qətlə yetirib.

Hadisə martın 8-i ərəfəsində baş verib. Qadını əsəbiləşdirən əsas məqam ərinin ipoteka və kommunal borcları ödəməyi dayandıraraq, bunun əvəzində “çox gülümsəməsi”, gəzintilərə çıxması və “özü üçün yaşaması” olub.

Mübahisə zamanı Qalina bıçağa əl ataraq ərinin boğazına dörd zərbə endirib.

Qətlin üstü yalnız aprel ayında, qonşuların mənzildən gələn üfunət iyindən şikayət etməsindən sonra açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
interpress.az

1Mənbələr