AZ

"ABŞ və İran arasındakı atəşkəs Livana da şamil edilməlidir" - Makron

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşmasının Livana da şamil edilməsinin zəruriliyini vurğulayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa lideri İran Prezidenti Məsud Pezeşkiam və ABŞ Prezidenti Donald Tramp ilə apardığı telefon danışıqlarından sonra "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Makron qeyd edib ki, atəşkəsin etibarlı və davamlı olması üçün bütün münaqişə tərəfləri, xüsusilə Livan bu rejimə tam şəkildə hörmət etməlidir.

O, həmçinin əminliyini ifadə edib ki, bu razılaşma Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək hərtərəfli danışıqlar üçün ən yaxşı yoldur.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
64
redaktor.az

1Mənbələr