AZ

7 günlük VƏZİFƏ: Şəhər meri rüşvət üstündə TUTULDU

Novovoronej şəhərinin meri vəzifəsini icra edən Yuri Çerenkov rüşvətə görə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Novovoronej şəhərinin meri vəzifəsini icra edən Yuri Çerenkovun vəzifə müddəti rekord dərəcədə qısa çəkib.

O, aprelin 1-də vəzifəsinin icrasına başlasa da, cəmi 7 gün sonra külli miqdarda rüşvət aldığı iddiası ilə saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun həm evində, həm də iş kabinetində axtarışlar aparıblar.

Hazırda məmur müstəntiqlər tərəfindən dindirilir və ona qarşı cinayət işinin başlanılması gözlənilir.

Maraqlı məqam ondan ibarətdir ki, Çerenkovun sələfi Roman Yefimenko da şəhərə uzun müddət rəhbərlik edə bilməyib və cəmi 7 aylıq işdən sonra vəzifəsindən ayrılmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
interpress.az

1Mənbələr