Yaponiyada qeyri-adi hadisə baş verib: sakura bağında qızı dişləyən 89 yaşlı qoca polisin əlində ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Yaponiyada insanların sakura ağaclarının çiçəklənməsini seyr etdiyi məşhur məkanda qeyri-adi hadisə baş verib. 89 yaşlı bir kişi orada olan gənc qızla mübahisə edib və qəfildən onu dişləyib.
Zərərçəkmiş qız dərhal polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşları yaşlı adamı saxlamağa çalışsalar da, o, müqavimət göstərərək yerə oturub.
Polislər onu xərəklə xidməti avtomobilə aparmaq qərarına gəliblər, lakin həmin şəxs yolda qəfildən dünyasını dəyişib.
Bu qəribə hadisə Yaponiya sosial şəbəkələrində geniş müzakirələrə və müxtəlif zarafatlara səbəb olub.
İstifadəçilər məşhur “Resident Evil”yə (zombi mövzulu oyun və film) istinad edərək bildiriblər ki, bu, hadisələrin tərsinə cərəyan etməsidir, çünki “zombi” öz dişləməsindən sonra vəfat edib.
Bəzi şərhçilər isə hər ehtimala qarşı morqda onun cəsədinin hərəkət edib-etməyəcəyini yoxlamağı tövsiyə ediblər.
Xuraman Etibarlı
İnterpress.az