AZ

İrana çox şeylər təklif edə bilərik Vens

ain.az, Axar.az saytına istinadən bildirir.

Əgər Tehran Vaşinqtonla nüvə inkişafı da daxil olmaqla, vicdanla danışıqlar apararsa, ABŞ İrana bir çox şeylər təklif etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.

"Prezident Donald Tramp həmçinin bildirib ki, biz İranın uranı nüvə silahı üçün uyğun səviyyəyə qədər zənginləşdirməsini istəmirik. Və İranın nüvə yanacağını təhvil verməsini istəyirik. Bunlar danışıqlarda bizim tələblərimiz olacaq. Amma yenə də iranlıların nədən imtina etməyə hazır olduqlarını görəcəyik. Əgər onlar Amerika xalqının təhlükəsizliyi naminə uğurla danışıqlar aparmaq, istədiyimizi bizə vermək üçün vicdanla səy göstərsələr, deməli, Tehran üçün də bir çox şey var”, - Vens qeyd edib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
axar.az

1Mənbələr