"Milyonçu deputat" kimi tanınan millət vəkili Sabir Hacıyev heç bir bizneslə məşğul olmadığını deyib.
"Unikal" xəbər verir ki, o bu barədə Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" verilişində danışıb.
"Mənim şəxsi heç bir biznesim yoxdur. 20 ilə yaxın bir bölgənin millət vəkiliyəm, orada 1 kvadrat metr belə torpağım yoxdur. Qanunvericiliyə görə millət vəkili bizneslə məşğul ola bilməz. Həqiqətən, bəlkə də, bu, nadir haldır, mənim heç bir özəl obyektim, öz adıma olan heç bir şey yoxdur", - deyə deputat bildirib.