525.az saytından alınan məlumata görə, ain.az bildirir.
İsrailin dron zərbəsi jurnalistin ölümü ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qəzzada baş verib.
Avtomobilə dəyərək partlayan dron yanğınla nəticələnib. Nəqliyyat vasitəsində "Əl-Cəzirə" telekanalının müxbiri Mohammed Vişah da olub. O, diri-diri yanıb.
Telekanal ölüm faktını təsdiqləyib. "Əl-Cəzirə"nin bununla bağlı yaydığı reportajda 2023-cü ilin oktyabrından Qəzza bölgəsinə hücumlar nəticəsində 262 jurnalistin öldüyü bildirilir.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.