AZ

İsrail 400 minlik ordu üçün səfərbərlik planını genişləndirir

Hökumət ehtiyat qüvvələrin maksimum səfərbərlik limitini artırmağa hazırlaşır...

Poliqon xəbər verir ki, İsraildə İranla əldə olunan atəşkəsə baxmayaraq, yaxın günlərdə yüz minlərlə əlavə səfərbərlik əmrlərinin təsdiqlənməsi gözlənilir. Bu məqsədlə aprelin 9-da ölkənin Xarici işlər və müdafiə komissiyası toplanaraq hökumətin qərarını müzakirə edəcək.

Məlumata görə, qərar qəbul edilərsə, İsrail Müdafiə Qüvvələrinə (SAXAL) eyni vaxtda 400 minə qədər ehtiyat hərbçini səfərbər etmək səlahiyyəti veriləcək. Bu, əvvəlki limitlə müqayisədə əhəmiyyətli artım hesab olunur.

Xatırladaq ki, mart ayının sonunda İsrail hökuməti İran və “Hizbullah”a qarşı hərbi əməliyyatlar fonunda 400 minədək ehtiyat qüvvənin çağırılmasını nəzərdə tutan planı təsdiqləmişdi. Lakin hərbi rəsmilər həmin vaxt bildirmişdilər ki, bu rəqəm real çağırış sayını deyil, yalnız operativ ehtiyaclara uyğun çevikliyi təmin edən maksimum həddi ifadə edir.

Qeyd olunur ki, 2025-ci ilin dekabrında təsdiqlənmiş əvvəlki səfərbərlik limiti 280 min nəfər idi. 2023-cü ilin oktyabrından etibarən isə fövqəladə hallarda ehtiyat qüvvələrin çağırılması məsələsi hökumət tərəfindən mütəmadi olaraq yenidən təsdiqlənir.

Ekspertlərin fikrincə, İsrailin səfərbərlik imkanlarını genişləndirməsi regionda təhlükəsizlik vəziyyətinin hələ də qeyri-sabit olduğunu göstərir və mümkün yeni eskalasiya ehtimallarını gündəmdə saxlayır.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr