ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensİslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında iştirak edəcək. Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Livitt açıqlama verib. O bildirib ki, danışıqlarda iştirak edən nümayəndə heyətinə həmçinin, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik edəcək. ABŞ sözçüsü "İranlılar əvvəlcə qəbuledilməz 10 maddəlik plan təqdim etdilər. Bu plan Prezident Tramp və onun komandası tərəfindən qəbul edilmədi. Prezidentin müəyyən etdiyi son tarix yaxınlaşdıqca rejim reallığı qəbul etdi və daha ağlabatan və tamamilə fərqli bir plan təqdim etdi. Prezident yeni və dəyişdirilmiş planın danışıqlar üçün etibarlı əsas olduğuna qərar verdi və onu öz 15 maddəlik təklifimizlə uyğunlaşdırdı”, - deyə bildirib. Qeyd edək ki, İran tərəfinin Stiv Vitkoffun İsrail tərəfinin maraqlarına uyğun danışıqlar apardığını irəli sürərək, Ceyms Devid Vensin danışıqlarda iştirak etməsini tələb etdiyinə dair xəbərlər dərc edilmişdi.