AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərhini açıqlayıb.
Msport.az xəbər verir ki, o, “Sumqayıt” – “Neftçi” matçının (1:3) 36-cı dəqiqəsində meydan sahiblərinin qapısına penaltinin yanlış təyin edildiyini bildirib. Qeyd edək ki, Freddi Varqas 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açmışdı. Oyunun baş hakimi FİFA referisi Kamal Umudlu, VAR hakimi isə Rəvan Həmzəzadə olub.
Həmin şərhlə sizi tanış edirik: