AZ

ABŞ-la razılaşma planının üç bəndi artıq pozulub - Qalibaf

Bakı. Trend:

ABŞ-la gələcək sülh sazişi çərçivəsində əsas götürülən İranplanının 10 bəndindən 3-ü artıq pozulub.

Trend xəbər verir ki, bubarədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf “X” sosialşəbəkəsində paylaşım edib.

O, əsas pozuntular arasında ABŞ və İsrailin Livanda atəşkəsəriayət etməməsini qeyd edib.

“Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşavurğulayıb və bildirib ki, Livan və digər regionlarda təciliatəşkəs dərhal tətbiq olunmalıdır”, – paylaşımda qeyd olunub.

İkinci pozuntu Fars əyalətinin Lar şəhərində İranın havaməkanına daxil olmuş pilotsuz uçuş aparatının məhv edilməsidir.

Qalibaf həmçinin bildirib ki, ABŞ Ağ Evinin bəyanatlarınabaxmayaraq, Tehran tərəfindən təklif edilən plana daxil olan uranınzənginləşdirilməsi hüququndan imtina etməyib.

“Beləliklə, danışıqlar üçün əsas artıq onların başlamasındanəvvəl açıq şəkildə pozulub. Bu vəziyyətdə ikitərəfli atəşkəs və yadanışıqlar məqsədəuyğun deyil”, – Qalibaf yekunlaşdırıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Seçilən
19
az.trend.az

1Mənbələr