AZ

Vaşinqtonda gərgin danışıqlar: ABŞ NATO-nu tərk etmək istəyir

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə keçirəcəyi görüşdə alyansdan mümkün çıxış məsələsini müzakirə edəcək. Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Leavitt açıqlama verib.

Məlumata görə, Vaşinqton administrasiyası NATO daxilində artan fikir ayrılıqlarından narazıdır və xüsusilə son beynəlxalq böhranlar fonunda müttəfiqlərin ABŞ-ni tam dəstəkləmədiyini düşünür. Bu səbəbdən Trampın alyansın gələcəyi ilə bağlı daha sərt mövqe ortaya qoyduğu bildirilir.

Qeyd olunur ki, Trampın NATO ilə bağlı bu addımı yalnız siyasi mesaj deyil, eyni zamanda real müzakirə predmetidir. Görüşdə tərəflərin münasibətləri sabitləşdirmək cəhdləri ilə yanaşı, mümkün ssenarilər də nəzərdən keçiriləcək.

ABŞ qanunvericiliyinə görə, belə bir qərarın həyata keçirilməsi üçün Konqresin də razılığı tələb olunur.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr