AZ

Qalibaf: İranın ABŞ ilə razılaşma planının üç bəndi artıq pozulub

ABŞ ilə gələcək sülh sazişi ilə bağlı danışıqlar üçün əsas götürülən İran planının 10 bəndindən 3-ü pozulub.

"Far.Az" xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.

O, əsas pozuntu kimi ABŞ və İsrailin Livanda atəşkəsə riayət etməməsini göstərib.

"Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa qeyd edib və bildirib ki, Livan və digərləri daxil olmaqla, bütün regionlarda təcili atəşkəs dərhal başlamalıdır", - paylaşımda bildirilir.

İkinci pozuntu Fars əyalətinin Lar şəhərində məhv edilmiş pilotsuz uçuş aparatının İranın hava məkanına daxil olmasıdır.

Qalibaf həmçinin vurğulayıb ki, İran Ağ Evin bəyanatlarının əksinə olaraq Tehranın təklif etdiyi plana daxil olunmuş uranın zənginləşdirilməsi hüququndan imtina etməyib.

"Beləliklə, danışıqlar üçün əsasın özü hələ onlar başlamazdan əvvəl açıq və aşkar şəkildə pozulub. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədəuyğun deyil", - Qalibaf yekunlaşdırıb.

Seçilən
16
3
far.az

8Mənbələr