
Fars körfəzində gözləyən gəmi sahibləri Hörmüz boğazının qapılarını açacaq ABŞ-İran atəşkəsinin təfərrüatlarını araşdırırlar.
AFN.az xəbər verir ki, bu razılaşma Fars körfəzində çarəsiz vəziyyətdə qalan 800-dən çox gəmi üçün çıxış yolu təmin edəcək.
"Bloomberg"-in qlobal enerji və dəniz nəqliyyatı məlumatlarının təhlili şirkəti "Kpler"-in göstəricilərinə istinadən yaydığı xəbərə görə, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra dənizçilik sektoru körfəzdə qalan gəmilərin təxliyəsi üçün hazırlıqlara başlayıb.
Fevral ayının sonunda başlayan böhran və Hörmüz boğazının bağlanması ilə bölgədə sıxılıb qalan bu gəmilərin yarısından çoxunu xam neft və yanacaq daşıyan tankerlər təşkil edir, həmçinin donanmada çox sayda mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi də mövcuddur. Təxminən 20 min dənizçinin həftələrdir davam edən gözləyişinin sona çatması üçün gəmi sahiblərinin atəşkəsin texniki detallarını nəzərdən keçirdiyi bildirilir.
Sektor nümayəndələri boğazın tamamilə təhlükəsiz elan edilməsindən sonra nəhəng gəmi tıxacının tədricən aradan qaldırılacağını proqnozlaşdırırlar. Bu prosesin qlobal enerji bazarlarında tədarük zəncirini yenidən canlandıracağı gözlənilir.