ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Almaniyanın avtomobil nəhəngi BMW Münhen şəhərindəki zavodunda 45 il işləyən Giresun əsilli türk işçisini təqaüdə qeyri-adi şəkildə yola salıb. Şirkət rəhbərliyi və kollektivin qatıldığı vida mərasimində 1970 və 80-ci illərdə Almaniyaya gələn mühacirlərin ölkə sənayesinin inkişafındakı əvəzsiz rolu xüsusi qeyd olunub.Təqaüdə çıxan işçiyə verilən hədiyyə isə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi iddialara görə şirkət ona 170 min avro dəyərində və 500 at gücündə olan BMW M3 modeli bağışlayıb. Digər mənbələr isə bunun mülkiyyət hüququ deyil, sadəcə istehsalat xəttindən çıxan sonuncu avtomobili sürmək imkanı və ya güzəştli istifadə hüququ olduğunu bildirir.BMW adətən uzunmüddətli əməkdaşlarına təqaüddən sonra da aşağı qiymətlərlə avtomobil icarəsi, müxtəlif sosial paketlər və birdəfəlik maddi ödənişlər təqdim edir. Şirkət daxilindəki bu ənənə sadiqlik və əməyə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir. Müasir dövrdə hər hansı şəxsin eyni müəssisədə yarım əsrə yaxın çalışması nadir hadisələrdən hesab olunur.

İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.