“Yuventus” yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubu “Liverpul”un qolkiperi Alisson Bekeri heyətinə qatmağı planlaşdırır. Bu transfer ideyasını baş məşqçi Luçano Spalletti də dəstəkləyir.
Məlumata əsasən, “Liverpul” braziliyalı qapıçı üçün 15-20 milyon avro tələb edir. “Yuventus” isə qiyməti aşağı salmağa çalışacaq.
Qeyd edək ki, Alisson bu mövsüm 34 oyunda iştirak edib və 36 qol buraxıb.