AZ

“Marsel” loqosunu dəyişdi

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransa “Liqa 1” təmsilçisi “Olimpik Marsel” azarkeşlərini təəccübləndirən addım atıb.

Futbolpress.az xəbər verir ki, Marsel klubu 22 ildən sonra loqosunu dəyişmək qərarına gəlib.

​Yenilənmiş dizaynda klubun ənənəvi “O” və “M” hərflərinin iç-icə keçdiyi klassik forma qorunub saxlanılsa da, daha müasir və minimalist üsluba üstünlük verilib. Loqonun rəng tonlarında və xətt kəsimlərində edilən vizual toxunuşlar klubun yeni dövrə keçidini simvolizə edir.

Klubun ikonik şüarı olan “Droit au But” (Doğrudan hədəfə/qapıya) ifadəsi yeni loqoda da öz yerini qoruyub.

2004-cü ildən bəri istifadə edilən əvvəlki loqonun yerini alan bu yeni dizayn, klubun həm keçmişinə sadiqliyini, həm də gələcəyə baxışını əks etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
futbolpress.az

1Mənbələr