AZ

Azərbaycan karateçiləri dünya çempionatında uğurla çıxış ediblər FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Karate Federasiyasının Aşihara karate üslubu üzrə milli komandası Türkiyənin Antalya şəhərində keçirilən Aşihara Beynəlxalq Karate Təşkilatının (AIKO) dünya çempionatında uğurla çıxış edib.

İdman.Biz bildirir ki, 20 ölkədən 900-dən çox idmançının iştirak etdiyi mötəbər yarışda 18 nəfərlik heyətlə təmsil olunan milli komandamız 8 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumilikdə 11 medal əldə etmiş və komanda hesabında dünya ölkələri arasında 3-cü yerə layiq görülüb.

Böyüklər arasında Kənan Quliyev və Ülfət Vəliyev qızıl medal qazanmış, İbrahim Xəlilov isə yüksək texniki göstəricilərinə görə “ən texnikalı döyüşçü” adına layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Uşaqlar arasında 12-13 yaş, 40 kq çəki dərəcəsində Orxan Şahməmmədov komandamızın ilk qızıl medalını təmin edib. Mehdi Xəlilov isə həm döyüş, həm də kata növündə birinci yerə layiq görülüb.

Yarışın ən yaddaqalan çıxışlarından birinə imza atan Ələkbər Mirzəyev həm Aşihara karate, həm də “full kontakt” döyüşlərində qalib gələrək qızıl medal və çempionluq kəməri qazanıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
icma.az

1Mənbələr