AZ

Almaniya Hörmüz boğazına hərbi gəmilər göndərməyə hazırlaşır - KİV

Almaniya hökuməti Bundesverin (Almaniya Silahlı Qüvvələri) Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi missiyasında iştirakı imkanlarını gizli şəkildə nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Almaniya rəsmiləri hazırda bu məsələdə son dərəcə təmkinli davransalar da, pərdəarxası olaraq hərbi missiya üçün müxtəlif variantlar araşdırılır.

Nəşrin qeyd edib ki, Almaniya Hərbi Dəniz Qüvvələri müvafiq mandat veriləcəyi təqdirdə qüvvələrin boğaza yerləşdirilməsi ilə bağlı ilkin planlarını artıq təqdim edib. Hərbi rəsmilər Almaniyanın beynəlxalq təhlükəsizlik missiyasında iştirak etmək potensialına malik olduğunu bildirsələr də, ciddi maneələrin mövcudluğunu da gizlətmirlər.

Ekspertlərin fikrincə, İran boğaz üzərində nəzarəti əldən vermək niyyətində deyil, bu səbəbdən beynəlxalq hərbi mövcudluq Tehran üçün qəbuledilməz ssenari hesab olunur.

Hərbi planlaşdırmaya gəmilərin boğazdan təhlükəsiz keçidinin təmin edilməsi, mülki gəmilərin silahlı eskortla müşayiət olunması və boğazın təhlükəsizliyini qorumaq üçün mina gəmilərindən istifadə variantları daxildir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
38
1
redaktor.az

2Mənbələr