AZ

"Ölkə iqtisadi cəhətdən çox zəifdir, siyasətimiz yenidən nəzərdən keçirilir" - Ağ Evdən Kuba mesajı

Ağ Evin mətbuat katibi Karolin Livit ABŞ-ın Kubaya qarşı siyasətinin hazırda hökumətin ən yüksək səviyyələrində müzakirə olunduğunu və bu istiqamətdə təkmilləşdirmə işlərinin davam etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə mətbuat katibi jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə məlumat verib.

Livit ABŞ Prezidenti Donald Trampın "İranla müharibə bitdikdən sonra növbəti hədəf Kuba olacaq" mənasındakı son açıqlamalarını şərh edərkən qeyd edib ki, hazırda bu barədə yeni bir elan yoxdur. Lakin o, ABŞ Baş Qərargah rəisinin rəyinə istinadən Kuba dövlətinin daxildən dağılma təhlükəsi ilə üz-üzə olduğunu iddia edib:

"Kuba hazırda çox zəifdir. Onlar iqtisadi və maliyyə baxımından olduqca həssas vəziyyətdədirlər", — deyə mətbuat katibi vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr