AZ

ABŞ İranla atəşkəs rejimini pozdu

ABŞ İranla əldə olunmuş atəşkəs razılaşmasını pozub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iki həftəlik atəşkəs cəmi 12 saat davam edib. Ölkənin bir neçə şəhərində partlayışlar qeydə alınıb.

Məlumata görə, Tehran və Kərəcə hava zərbələri endirilib, hava hücumundan müdafiə sistemləri yarım saatdan çox aktiv işləyib.

Bəndər-Abbasda HHM sistemlərinin aktivliyi müşahidə olunur, İsfahanda iki zərbə qeydə alınıb, Əhvaz üzərində isə qırıcılar uçuşlar həyata keçirir./APA


Telegram kanalımız
Seçilən
19
8
yenisabah.az

10Mənbələr