ABŞ Vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner İslamabadda İran nümayəndə heyəti ilə danışıqlara yollanacaqlar.
Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlayıb.
Onun sözlərinə görə, danışıqların ilk raundu şənbə günü, yerli vaxtla səhər keçiriləcək.