Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransa yanacaq qiymətlərinə nəzarət etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, Fransanın baş naziri Sebastyan Lekornu "X" sosial media platformasında yerləşdirdiyi açıqlamada bildirib ki, “ABŞ və İran arasında elan edilən 15 günlük atəşkəs Hörmüz boğazının yenidən açılmasına imkan yarada bilər və bu diplomatik irəliləyişin ilk təsiri neft qiymətləri üzərində özünü göstərəcək”.
Baş nazir Lekornu qeyd edib ki, “qlobal neft qiymətləri azaldıqda, yanacaq doldurma məntəqələrindəki qiymətlər də eyni sürətlə aşağı düşməlidir” və əlavə edib ki, nazirlər və hökumət rəsmiləri ilə yanaşı, neft emalı müəssisələrinin operatorları və yanacaq paylayıcı şirkətlər də daxil olmaqla, sektorun bütün iştirakçıları ilə görüş keçiriləcək.
Lekornu fransız hökumətinin yanacaq qiymətləri üzərində “nəzarət planı”nı tətbiq edəcəyini bildirərək vurğulayıb: “Fransada heç kəs bu böhrandan nə indi, nə də gələcəkdə fayda əldə etməməlidir”.
Bizi sosial şəbəkələrdən izləyin!!