Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasınıntərkibində dəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bununla bağlı məsələ Naxçıvan Muxtar RespublikasıAli Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-dakeçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda “Naxçıvan Muxtar Respublikası Mərkəzi SeçkiKomissiyasının tərkibində dəyişiklik edilməsi barədə” NaxçıvanMuxtar Respublikası Ali Məclisinin qərar layihəsi müzakirəediləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi SeçkiKomissiyasının yeni tərkibi Naxçıvan Muxtar Respublikası AliMəclisinin 16 noyabr 2024-cü il tarixli iclasında təsdiq edilib vəkomissiya 7 üzvdən – Çingiz Həsənli, Ramil Orucəliyev, OrxanBağırov, Asim Əliyev, Elşən Heydərli, Məlahət Rüstəmova və NicatYaqubovdan ibarət formalaşdırılıb. Sonradan keçirilən ilk iclasındaÇ.Həsənli komissiyanın sədri, R.Orucəliyev sədr müavini, O.Bağırovisə katib seçilib.