AZ

“İran ABŞ-yə zənginləşdirilmiş uranı verməyə razılaşıb” - Ağ Ev

Ağ Evin mətbuat katibi Karolin Livit İranın öz zənginləşdirilmiş uranını ABŞ-yə təhvil verməyə razı olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə mətbuat katibi jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Livit bildirib ki, uranın təhvil verilməsi məsələsi növbəti dialoq mərhələsi başlamazdan əvvəl ABŞ Prezidenti Donald Tramp və onun danışıqlar qrupu üçün prioritetlər siyahısının başında dayanır:

"Əvvəldən dediyim kimi, bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xəttdir və o, bunun baş verməsini təmin etməkdə qərarlıdır. Ümid edirik ki, buna diplomatik yollarla nail olunacaq", — deyə o vurğulayıb.

Brifinq zamanı jurnalistlərin İran rəsmilərinin nüvə yanacağını təhvil verməyə hazır olduqlarına dair siqnallar verib-verməməsi ilə bağlı sualına mətbuat katibi "Bəli, verdilər" deyərək cavab verib.

Qeyd edək ki, bu addım iki ölkə arasında gərginliyin azaldılması və nüvə proqramı ətrafında yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
45
redaktor.az

1Mənbələr