AZ

Hürmüz boğazı gəmilərin keçidi üçün hələ də bağlıdır – İrandan xəbərdarlıq

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) icazəsiz olaraq boğazdan keçməyə cəhd edən gəmilərin məhv ediləcəyi barədə xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, Britaniyanın “SSY” gəmi brokerinin nümayəndəsi Kler Qriersonun “BBC Verify” şöbəsinə verdiyi məlumata görə, Fars körfəzindəki gəmilər beynəlxalq dəniz xəbərdarlıq tezliyində aşağıdakı mesajı alıblar:

“Fars körfəzi və Oman dənizindəki bütün gəmilərin diqqətinə! Bu, SEPAH Hərbi Dəniz Qüvvələrinin stansiyasıdır. Hürmüz boğazından keçid bağlı qalır və keçiddən əvvəl SEPAH-dan icazə almalısınız. Dənizə çıxmağa cəhd edən istənilən gəmi hücuma məruz qalacaq və məhv ediləcək”.

Məlumata görə, çərşənbə günü boğazdan iki neft tankeri keçə bilsə də, sonradan hərəkət tamamilə dayandırılıb. İran mediası bu addımı İsrailin Livana hücumlarını davam etdirməsi ilə əlaqələndirir. Xatırladaq ki, Hürmüz boğazının açılması ABŞ və İran arasındakı atəşkəs razılaşmasının əsas şərtlərindən biridir.

Sara,
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr