Fransalı keçmiş futbolçu Tyerri Anri "Bavariya"nın hücumçusu Maykl Olisenin oyun keyfiyyətlərini yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, "CBS Sports" sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Mixael digərlərindən fərqli oyunçudur. Topu qəbul edəndə az adamın görə biləcəyi şeyləri görür. Oyuna fərqli baxır. Oyuna daha çox ağlı ilə baxır"
Çempionlar Liqasının 1/4 finalında "Real Madrid"ə qarşı keçirilən oyunda qanad oyunçusu məhsuldar ötürmə edib.
Oliseh 2024-cü ildən bəri "Bavariya"da oynayır. Bu mövsüm 24 yaşlı hücumçu alman klubunda 41 oyun keçirib, 16 qol vurub və 29 məhsuldar ötürmə edib.