AZ

Şabranda selin yaratdığı fəsadlar aradan qaldırılırVİDEO

Şabranda bir-neçə gün əvvəl selin yaratdığı fəsadlar aradan qaldırılır.

Xezerxeber.az-ın məlumatına görə, yollar dağılıb, qaz və elektrik təsərrüfatlarına, eləcə də fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Şabrançay və Dəvəçiçayda yaranan sel rayonun mərkəzi hissəsində daha təsirli olub.

Yollar, körpülər və fərdi yaşayış evlərinə də ziyan dəyib. Əsasən kəndlərə gedən yollar tamamilə yararsız hala düşüb.

“Azəriqaz”ın əməkdaşları zədələnmiş qaz xətlərinin bərpası üçün işlərə başlayıb. Hazırda çay yataqlarında aparılan işlər davam edir. Bildirilir ki, 1000-dən çox abonent qazsız qalıb.

Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əraziyə texnika cəlb edib. Çay məcraları bərpa olunur, suyun istiqaməti dəyişdirilərək təhlükənin qarşısı alınır. 

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən  “Xəzər Xəbər”ə  bildirilir ki, bütün aidiyyəti qurumlar səfərbər olunub və dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
xezerxeber.az

1Mənbələr