AZ

Şamaxı 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır



Şamaxı 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır.

Newscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, Şamaxı 2 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Şamaxı 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

Qeyd edək ki, 9 aprel 2026-cı il tarixindən etibarən Şamaxı, Xızı, Siyəzən rayonu üzrə vətəndaşlar Şamaxı 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Süleyman
Seçilən
21
1
newscenter.az

5Mənbələr