"Ermənistanda hazırda Azərbaycanla eskalasiya üçün real zəmin mövcud deyil. Bunun formalaşması üçün ilk növbədə sosial sifariş olmalıdır. Lakin 2021-ci ilin iyununda keçirilən seçkilər göstərdi ki, Ermənistanda genişmiqyaslı müharibə istəyi yoxdur, çünki seçicilər Paşinyan hökumətini dəstəklədi. Digər mühüm amil hərbi potensialdır. Mövcud reallıq ondan ibarətdir ki, Ermənistanın hərbi imkanları Azərbaycan tərəfindən ciddi şəkildə zəiflədilib və balanslı qarşıdurma üçün yetərli deyil. Bununla yanaşı, beynəlxalq dəstək faktoru da həlledicidir. Hazırkı mərhələdə Ermənistanın ənənəvi müttəfiqləri belə açıq və fəal hərbi-siyasi dəstək nümayiş etdirmir. Bu şərtlər daxilində Ermənistanın Azərbaycanla konfrontasiya xəttinə keçməsi, hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, real görünmür. Ölkənin nə siyasi iradəsi, nə hərbi potensialı, nə də diplomatik manevr imkanları yeni eskalasiya mərhələsinə başlamağa imkan verir. Bu reallıq Fransa, Böyük Britaniya və ABŞ kimi aktorların mövqelərində də öz əksini tapır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Qədir Aslan deyib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri öncəsi artan siyasi gərginlik fonunda Baş nazir Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, Azərbaycanla müharibə riski arta bilər” məzmunlu bəyanatı regionda təhlükəsizlik gündəmini yenidən aktuallaşdırıb. Xüsusilə onun əsas rəqiblərindən biri olan Robert Köçəryan və digər müxalif qüvvələrin fərqli geosiyasi yanaşmaları fonunda bu açıqlama həm daxili siyasi mübarizənin tərkib hissəsi, həm də regional təhlükəsizlik risklərinin müzakirə olunduğu bir faktor kimi qiymətləndirilir.
Siyasi şərhçinin fikrincə, eyni zamanda Ermənistanın regional layihələrə daha fəal şəkildə inteqrasiyası təşviq edilir.