AZ

Naxçıvan Ali Məclisində ombudsman haqqında qanunun ləğv edilməsi məsələsinə baxılacaq

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 10 aprel tarixində keçiriləcək beşinci iclasının gündəliyi müəyyənləşdirilib.

"Far.Az"un yerli bürosunun məlumatına görə, iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat dinləniləcək.

Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılacaq.

İclasda həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunacaq.

Gündəliyə daxil edilən digər məsələ "Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə" qərar layihəsi ilə bağlıdır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinə də baxılacaq.

Seçilən
23
6
far.az

10Mənbələr