İranın hərbi mənbələri Lavan adasındakı neft emalı zavoduna endirilən bugünkü zərbədə Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinin əli olduğunu iddia edir.
NOCOMMENT.az xəbər verir ki, Tehranın məlumatına görə, hücumda BƏƏ-yə məxsus “Mirage-2000-9” qırıcıları iştirak edib.
Eyni zamanda, Vaşinqton hadisə ilə bağlı hər hansı əlaqəsinin olmadığını dərhal bəyan edib. Mövcud məlumatlara görə, ABŞ İrana bu zərbələrin nə Amerika qüvvələri, nə də İsrail ilə heç bir əlaqəsinin olmadığı barədə məlumat verib.
Sara,
NOCOMMENT.az