Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla davam edən sülh prosesi və qarşıdakı danışıqların detalları ilə bağlı özünün “Truth Social” platformasında mühüm açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri son günlər dövriyyəyə buraxılan saxta sənədlər və siyahılar barədə xəbərdarlıq edib.
Tramp bildirib ki, hazırda ABŞ və İran arasındakı danışıqlara heç bir aidiyyəti olmayan şəxslər tərəfindən müxtəlif “razılaşma siyahıları” yayılır:
“Çoxsaylı razılaşmalar, siyahılar və məktublar göndərilir; bir çox hallarda bunlar açıq-aşkar fırıldaqçılar, şarlatanlar və hətta daha pisidir. Onların maxinasiyalarının üstü federal təhqiqatımız başa çatdıqdan sonra tezliklə açılacaq. Atəşkəs qərarının əsasında dayanan və Vaşinqton üçün məqbul olan yalnız bir qrup “əhəmiyyətli bəndlər” mövcuddur”.
Trampın sözlərinə görə, həmin şərtlər ictimaiyyətə açıqlanmayacaq və yalnız bağlı qapılar arxasında müzakirə olunacaq:
“ABŞ üçün məqbul olan yalnız bir qrup əhəmiyyətli bənd mövcuddur və biz onları bu danışıqlar zamanı bağlı qapılar arxasında müzakirə edəcəyik. Bunlar, əsasında atəşkəsə razılıq verdiyimiz bəndlərdir”.
Qeyd edək ki, Trampın bu bəyanatı Pakistanda keçiriləcək tarixi görüş ərəfəsinə təsadüf edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.