AZ

"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi

style='margin-bottom:10px;'>

"Yuventus" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün hərəkətə keçib.

QOL.az xəbər verir ki, "Calcio Mercato" nəşrinin məlumatına görə, Turin təmsilçisi "Liverpul"un qapıçısı Alisson Bekerə maraq göstərir. Bu keçidə ən böyük dəstəyi isə vaxtilə "Roma"da braziliyalı qolkiperlə işləyən baş məşqçi Luçano Spalletti göstərir.

Bildirilir ki, "Liverpul" Alissonun transfer dəyərini 15-20 milyon avro arasında qiymətləndirir. Lakin "Yuventus" rəhbərliyi danışıqlar zamanı bu məbləği endirməyə çalışacaq. 

Qeyd edək ki, 2025/2026 mövsümündə Alisson "Liverpul"un heyətində 34 oyunda meydana çıxıb və qapısında 36 qol görüb.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr