AZ

Bakıda yaşayış binasının divarı uçubVİDEO

Bakıda 22 ailənin yaşadığı köhnə binanın divarı uçub.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Sabunçu qəsəbəsi, Həsən bəy Zərdabi küçəsi, 6 ünvanında yerləşən ikimərtəbəli binanın 156 yaşı var.

Burada yaşayanlar isə hər an qorxu içindədirlər.

Sakinlər deyirlər ki, bir neçə dəfə öz hesablarına binada təmir işləri aparıblar. Lakin hər küləkdə, yağışda binada yeni problem yaranır.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən bina uzun illər istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb. Binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq aktı yoxdur. Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məktubla müraciət olunub. Eyni zamanda qeyd olunub ki, binanın texniki göstəriciləri barədə məlumatlar "Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi" haqqında Sərəncama əsasən Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə təqdim edilib.

“Aidiyyəti qurumlar qəbul edəcəyi qərar icra olunacaq", - deyə icra hakimiyyətinin məlumatında bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
11
xezerxeber.az

1Mənbələr