AZ

İsrailin Beyruta hava zərbələri nəticəsində ölənlərin sayı 100-ü keçdi

BAKI, 8 aprel. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun mərkəzi hissəsindəki yaşayış məhəllələrinə endirdiyi zərbələr nəticəsində son bir gündə 112 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanların sayı artaraq 837 nəfərə çatıb.

“Bu, yekun rəqəmlər deyil, çünki bir sıra rayonlarda axtarış-xilasetmə işləri davam etdirilir və qurbanların sayı artıra bilər”, - məlumatda qeyd edilib.

Seçilən
17
teleqraf.com

1Mənbələr