ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycanda uşaqlara qeyri-adi və nadir adların verilməsi tendensiyası daha çox diqqət çəkir və bu, cəmiyyətdə gedən sosial-mədəni dəyişikliklərlə əlaqələndirilir. Valideynlər fərqlənmək, övladına unikal kimlik qazandırmaq və bəzən qlobal təsirlərin təsiri altında seçim edirlər. Bu meyl sosial şəbəkələrin, populyar mədəniyyətin və beynəlxalq ünsiyyətin genişlənməsi ilə daha da güclənir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, insanlarda informasiya bolluğu artdıqca zövqlərdə də dəyişiklik baş verir. "Təəssüf ki, bəzi hallarda bu zövqü televiziya formalaşdırır. Yəni insanın özünün qazandığı bilikdən çox, ona marketinq vasitəsilə təqdim olunan informasiya üstünlük təşkil edir. Bu da nəticədə valideynlərin övladlarına qeyri-adi və yeni adlar qoymaqla özlərini zamanla ayaqlaşan kimi hiss etməsinə səbəb olur".Sosioloq bildirib ki, bu hal tarixən də mövcud olub. "Məsələn, sovet dövründə ideoloji təsirlə MELS (Marks, Engels, Lenin və Stalin adlarının baş hərflərindən yaranan), Kolxoz, Sovet kimi adlar qoyulurdu. Bu baxımdan, bu gün bir neçə şəxsin adını dəyişməsi cəmiyyət üçün böyük problem sayılmır. Lakin əgər biz milli kimliyimizi qorumaq istəyiriksə, filmlərdə və televiziya verilişlərində milli dəyərləri əks etdirən adların daha çox təbliğ olunmasına ehtiyac var.
Məsələn, Səlminaz və ya Banuçiçək kimi adları televiziya məkanında demək olar ki, eşitmirik. Bu baxımdan, televiziya aparıcılarının da bu cür adları təxəllüs kimi istifadə etməsi müsbət təsir göstərə bilər".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.