AZ

Trampdan XƏBƏRDARLIQ: “İranla bağlı yayılan məlumatlar saxtadır”

ABŞ prezidenti Donald Tramp İranla danışıqlar ətrafında yayılan məlumatlarla bağlı sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp bu proseslə bağlı dövriyyəyə buraxılan çoxsaylı “razılaşma”, “məktub” və “şərtlər”in saxta olduğunu bildirib.

Onun sözlərinə görə, bu cür sənədləri yayan şəxslərin ABŞ-İran danışıqlarına heç bir aidiyyəti yoxdur və onlar ictimaiyyəti çaşdırmağa çalışırlar.

Tramp həmin şəxsləri “fırıldaqçılar və şarlatanlar” adlandıraraq qeyd edib ki, bu cəhdlər tezliklə ifşa olunacaq.

ABŞ lideri vurğulayıb ki, Vaşinqton üçün qəbul edilə bilən yalnız bir qrup əsas bənd mövcuddur və bu məsələlər yalnız qapalı danışıqlar çərçivəsində müzakirə olunur. O əlavə edib ki, məhz həmin bəndlər əsasında atəşkəs razılaşması əldə olunub və bu prinsiplər “ağlabatan” hesab edilir.

Tramp, həmçinin CNN telekanalını tənqid edərək bildirib ki, kanal səlahiyyəti olmayan bir “mənbə”yə istinad etməklə ictimaiyyəti çaşdırıb. Bu açıqlama ABŞ-İran danışıqları ətrafında informasiya müharibəsinin daha da kəskinləşdiyini göstərir.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr